DİQQƏT! DİQQƏT!
22.12.2012
Əhalinin nəzərinə!
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində fəaliyyət göstərən Diabet məktəbində ADC ilə birlikdə, şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir.
Təlim zamanı:
mövzularla bağlı bilik və bacarıqlar əldə olunacaqdır. Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Bakı ş., H. Zərdabi küç., 96
(20 yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)
Əlaqə tel.:
(012) 530 10 28
(012) 431 62 61
(012) 496 92 35
Dünya Diabet Günü
Azərbaycan Diabet Cəmiyyəti 14 Noyabr 2011- ci il tarixdə Dünya Diabet Günü münasibətilə paytaxtın "Beynəlxalq Mətbuat Mərkəzi"ndə geniş tədbir keçirmişdir. Tədbir iştirakçılarını salamlayan ADC-nin sədri M.Ömərova BMT-nin günü kimi qeyd olunan Dünya Diabet Günü barədə qısa məlumat verdi. Sonra söz BMT-nin Bakı ofisinin ictimaiyyət ilə əlaqələr şöbəsinin rəhbəri Envera Selimoviçə verildi. O, BMT Baş Katibinin Dünya Diabet Günü ilə əlaqədar göndərdiyi məktubunu oxudu. Sonra AR Səhiyyə nazirliyinin baş endokrinoloqu, Milli Məclisin deputatı, professor Rafiq Məmmədhəsənov, AR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, AR İdman və Gənclər nazirinin müavini İntiqam Babayev, AR Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Azərbaycan Endokrinologiya, Diabetalogiya və Terapevtik Təlimat Assosiasiyasının sədri Tamfira Əliyeva çıxış etdilər.
Həmin gün "Park Bulvar" Ticarət Mərkəzinin foyesində tələbələrin iştirakı ilə "flaşmob" keçirildi.
Diabetli şəxslərin maariflənməsi üzrə mühüm layihə
Azərbaycan Diabet Cəmiyyəti (ADC) diabetli şəxslərin maariflənməsi tədbirlərinə xüsusi əhəmiyyət verir, öz fəaliyyətində bu sahədə məqsədyönlü iş aparır. Hələ 2010- cu ildə ADC, Ümumdünya Di
abet Fonduna, Azərbaycan Respublikasının şəhər və rayonlarında (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran və Şəki) 7 “Diabet məktəbi”nin açılması üzrə öz layihəsini təqdim etmişdi. Bu layihə Fond tərəfindən 2011- ci ilin yanvar ayında təsdiq olunmuşdur.
Layihə çərçivəsində “Diabet Məktəbi”nin təşkili, onların avadanlıqla, proqram, metodiki, əyani və tibbi cihazlarla təchiz edilməsi nəzərdə tutulub.
Bu mühüm tədbirdə AR Səhiyyə nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) –nin yaxından iştirakı nəzərdə tutulub.
08- 20 avqust 2011-ci il tarixində İSİM- in akt zalında, əvvəl həkim- endokrinoloqlarla, sonra isə tibb bacıları ilə treninqlər keçirilmiş, sonda isə onlara sertifikat verilmişdir.

"Diabetin aktual problemləri" Media Mükafat 2011
8 dekabr 2010-cu ildə Avropa mehmanxanasının Kür zalında “Diabetin aktual problemləri” Media Mükafat - 2011 layihəsinin təqdimatı olmuşdur.
Bütün dünyada diabet xəstəliyinin çoxalması diabet, onun profilaktikası və müalicəsi barədə informasiya vermək tələbatını yaradır. KİV cəmiyyətin diabetlə bağlı məlumatlandrılmasında böyük rol oynayır. Novo Nordisk kommunikasiya yolun ilə diabetin təqdimatını gücləndirmək üçün KİV-ə mükafat təsis edib.